DİN-dən oğlunu öldürən ata ilə bağlı açıqlama

DİN-dən oğlunu öldürən ata ilə bağlı açıqlama
  30 İyul 2014    Oxunub:756
Ailə-məişət münaqişəsi zəminində ögey oğluna bıçaqla xəsarət yetirib qaçmış şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 29-da Xəzər rayonu, Buzovna qəsəbəsində Ağaməmməd Hüseynov evində ailə-məişət münaqişəsi zəminində ögey oğlu Samir Həsənova bıçaqla xəsarəti yetirərək hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş S.Həsənov orada ölüb.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağaməmməd Hüseynov tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti