DİN-dən növbəti səyyar xidmət

DİN-dən növbəti səyyar xidmət
  04 Mart 2015    Oxunub:1153
Daxili İşlər Nazirliyi (DİN) Füzuli və Sabirabad rayonlarında 600-dən çox vətəndaşa səyyar formada şəxsiyyət vəsiqələri verib.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Füzuli və Sabirabad rayon Polis şöbələrinin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə bu rayonlarda vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Füzuli rayonunda baş tutmuş tədbir nəticəsində orta ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri və şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitmiş sakinlər də daxil olmaqla, ümumilikdə 170 nəfərin müvafiq sənədləri qəbul edilib. Bununla yanaşı, 140 yeni şəxsiyyət vəsiqəsi sahiblərinə təqdim olunub.

Sabirabad rayonunda keçirilmiş növbəti səyyar xidmət zamanı isə 462 nəfərin, həmçinin orta məktəblərin buraxılış sinif şagirdlərinin və şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitmiş şəxslərin sənədləri qəbul edilərək onlara da yeni vəsiqələr verilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.


Teqlər:





Xəbər lenti