DİN-dən növbəti səyyar xidmət

DİN-dən növbəti səyyar xidmət
  27 Fevral 2015    Oxunub:1128
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Xəzər RPİ-nin və Cəlilabad RPŞ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə həmin rayonlarda vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi üzrə növbəti səyyar xidmət keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Xəzər rayonunun Zirə qəsəbəsində keçirilmiş belə tədbir zamanı 31 nəfərin, o cümlədən, şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş 11, şəxsiyyəti təsdiqləyən sənədi olmayan 12 şəxsin, 8 yeniyetmənin şəxsiyyət vəsiqəsi ilə təmin olunmaları üçün müvafiq sənədləri qəbul edilib.

Bununla yanaşı, Cəlilabad şəhərinin 4 və 7 saylı məktəblərində, eyni zamanda, rayonun Üçtəpə və Günəşli kəndlərinin orta ümumtəhsil müəssisələrində təşkil olunmuş səyyar xidmətlər zamanı buraxılış siniflərində oxuyan ümumilikdə 324 şagirdin də sənədləri qəbul edilib.

Həmçinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş 40 rayon sakininə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə təşkil olunan belə tədbirlər davam etdirilir


Teqlər:





Xəbər lenti