Cüdoçularımız vətənə 4 medalla qayıtdılar

Cüdoçularımız vətənə 4 medalla qayıtdılar
  31 İyul 2014    Oxunub:1002
Praqada gənclər arasında cüdo üzrə Avropa kuboku yarışları keçirilib.
AzVision.az xəbər verir ki, yarışa 11 idmançı ilə qatılan Azərbaycan millisi Vətənə 4 medalla qayıdıb.

Milli komandamızın üzvləri Davud Məmmədov (60 kq) və Hüseyn Rəhimli (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda komanda yoldaşına uduzan Fəqan Quluzadə (73 kq) gümüş medalla kifayətlənib. Firudin Dadaşov (90 kq) isə bürünc medala sahib olub.

Yığmamız komanda hesabında (36 ölkə) üçüncü yeri tutub.


Teqlər:





Xəbər lenti