Cüdoçularımız Avropa kubokunu 8 medalla başa vurdu

Cüdoçularımız Avropa kubokunu 8 medalla başa vurdu
  25 İyul 2016    Oxunub:1610
Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Yarışın sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub. Gənc cüdoçularımız millimizin aktivinə daha 3 medal yazdırıb.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təmsilçilərimizdən Aslan Mirzəyev (90 kq) gümüş, Rüfət İsmayılov (81 kq) və Azər Yaqubov (90 kq) bürünc medal qazanıb.
Bununla da, gənc cüdoçularımız mötəbər yarışı 8 medal (1 qızıl, 3 gümüş və 4 bürünc) qazanaraq başa vurub.

Qeyd edək ki, 35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 17 cüdoçu (15 kişi, 2 qadın) ilə təmsil olunurdu.

AzVision.az


Teqlər:  





Xəbər lenti