Cudi Foster rəfiqəsi ilə evlənib

Cudi Foster rəfiqəsi ilə evlənib
  24 Aprel 2014    Oxunub:4549
Həyat yoldaşının 44 yaşı var.
Amerikalı aktrisa və rejissor Cudi Foster rəfiqəsi ilə evlənib. AzVision.az “E! Online”-a istinadən xəbər verir ki, aktrisa 44 yaşlı fotoqraf Aleksandra Hedisonla evlənib.

Fosterin nümayəndəsi Cennifer Allen nəşrə bildirib ki, ötən ilin yay ayından yaxın münasibətdə olan Foster və Hedison ötən bazar günü evləniblər. O, toy mərasiminin keçirildiyi yeri açıqlamayıb.

İki dəfə “Oskar” mükafatına layiq görülən Foster ötən ilin yanvar ayında “Qızıl Qlobus” mükafatının verilməsi mərasimində öz qeyri-ənənəvi seksual oriyentasiyası haqqında açıqlama verib.

20 il ərzində Foster prodüser Sidni Bernardla münasibətdə olub. Aktrisanın iki oğlu var.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti