Çürüyən uşaqlara çarə tapılmır... - Yeni Xəbər

Çürüyən uşaqlara çarə tapılmır... - Yeni Xəbər
  26 Noyabr 2014    Oxunub:2216
Mətbuatda “Çürüyən bacı-qardaş” kimi tanınan 14 yaşlı Akif və 4 yaşlı Dilarə Məmmədova hazırda Ağdam Rayon Xəstəxanasında müalicə olunur.
Bu barədə AzVision.az-a 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserindən məlumat verilib. Bildirilib ki, onların səhhətlərində heç bir irəliləyiş yoxdur:

“3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserində də həmin bacı-qardaş bir müddət müalicə olundular. Daha sonra baş həkimlərin razılığı ilə onlar evlərinə yaxın ərazidə yerləşən Ağdam Rayon Mərkəzi xəstəxanasına göndəriliblər. Hazırda orada müalicələrini davam etdirirlər. Onların müalicəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nərazəti altındadır. Səhhətlərində heç bir irəliləyiş yoxdur. Çünki onlar sağalmaz xəstəlikdən əziyyət çəkirlər”.

Qeyd edək ki, Ağdam rayonun Çıraqlı kənd sakinləri olan Akif və Dilarəyə Azərbaycanda bulyoz epidermoliz xəstəliyi dioqnozu qoyulub. Onların bədənlərində iri suluqlar əmələ gəlir. Bu suluqlar isə müəyyən müddətdən sonra partlayır və həmin yerdə olan dəri qatı çürüməyə başlayır. Bacı-qardaşın xəstəliyinin genetik xarakter daşıdığı bildirilir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti