Çörəkdən telefon çıxdı

Çörəkdən telefon çıxdı
  28 İyul 2014    Oxunub:865
Bakıdakı 3 saylı İstintaq Təcridxanasında telefon keçirilərkən qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Şəhriyar Elbrus oğlu Hüseynova dostu vətəndaş Əsgər Fərmayıl oğlu Mehdiyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanə onun gətirdiyi çörəyin içərisindən 1(bir) ədəd "Ken Xin Da" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Qeyd edək ki, təcridxanada saxlanılan Şəhriyar Hüseynov Cinayət Məcəlləsinin 170.1; 29, 177.2.1; 177.2.2 və 177.2.4 maddələrinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.




Teqlər:





Xəbər lenti