Çingiz Abdullayev “Neftçi”nin prezidenti oldu
Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Çingiz Abdullayevin "Neftçi"yə prezident təyin olunmasını təsdiqləyib. O bildirib ki, yayılan məlumat doğrudur.