Çində səsvermə başa çatdı

Çində səsvermə başa çatdı
  26 Sentyabr 2016    Oxunub:1445
Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilən referendumla əlaqədar Çin Xalq Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub.
Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılan ümumxalq səsverməsi 91 faiz seçici fəallığı ilə başa çatıb.

Xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində iştirakının və seçki hüququnun təmin olunması üçün xaricdə 38 məntəqə yaradılıb. Azərbaycanın Çindəki səfirliyində yaradılan seçki məntəqəsi üzrə adları seçici siyahısına daxil edilmiş 290 seçicidən 264-ü səsvermədə iştirak edərək Konstitusiya aktı layihəsinə münasibət bildirib.

Məntəqə seçki komissiyası səsvermə günü müxtəlif səbəblərə görə qısamüddətli səfər zamanı Pekində olacaq vətəndaşlarımızın da ümumxalq səsverməsində iştirakını təmin edib. Komissiyaya hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti