Çin Rusiya ilə müharibənin vaxtını açıqladı

Çin Rusiya ilə müharibənin vaxtını açıqladı
  23 Aprel 2014    Oxunub:1101
“Müharibə siyahısı”nda Çinə digər qonşu ölkələr də var
Çinin iqtisadi və siyasi artım templəri onun ən yaxın qonşu ölkələrlə müharibə etməsi zərurətini yaradacaq. AzVision.az-ın məlumatına görə, bu barədə Çinin hökumətyönlü qəzeti “Wen Wei Po”-da dərc edilən materialda bildirilir. Potensial hücum obyektləri siyahısında Rusiya da var.

Jurnalistlərin fikrincə, yaxın 50 ildə Çin 6 qalibiyyətli müharibə başlayacaq. “Millətin birləşməsi” adı altında ilk müharibə 2020-2025-ci illərdə Tayvanla aparılacaq. Bu ölkənin tutulmasına maksimum 6 ay sərf etmək planlaşdırılır. 2028-2030-cu illərdə, Çin daha əvvəl ona məxsus olan Spartli adaları üzərində nəzarəti bərpa etmək məqsədilə Vyetnama hücum edəcək.

2035-2040-cı illərdə Çin, Cənubi Tibeti ələ keçirmək məqsədilə Hindistana hücum edəcək. Bu müharibədə çinlilər Pakistanın köməyinə arxalanırlar. Plana əsasən, Çinin Hindistana hücumu ilə eyni vaxtda Pakistan da Cənubi Kəşmirə daxil olacaq.

2040-2045-ci illərdə isə Yaponiya ilə müharibə üçün əlverişli məqam yetişəcək. Çinlilər Yaponiya tərəfindən işğal edilən Dyaoyuydao və Ryukyu adalarını geri qaytarmaq niyyətindədirlər. Bundan dərhal sonra əgər sülh şəraitində Çinlə birləşməyə razı olmasalar Monqolustana hücum ediləcək.

Nəhayət müharibə seriyası 2055-2060-cı illərdə baş tutması planlaşdırılan möhtəşəm Rusiya-Çin münaqişəsi ilə bitəcək. Məhz həmin vaxt zamanında Çin İmperiyasının 1,6 milyon kvadrat kilometr ərazisini işğal edən Rusiyanın cavab vermək vaxtı çatacaq. Çinlilər həmin vaxta qədər dünyanın aparıcı dövləti, bütün mümkün qoşun növlərində birinci olmaq niyyətindədirlər. Ona görə də öz şimal qonşularına problemsiz qalib gələcəklərinə ümid edirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti