Çimərlik mövsümü başladı, ehtiyatlı olun

Çimərlik mövsümü başladı, ehtiyatlı olun
  29 May 2015    Oxunub:2151
Mingəçevirdə çimərlik ərazilərdə yoxlamalar aparılıb.Suyun tərkibində neqativ hal aşkarlanmasa da, ərazinin səliqəsizliyi və natəmizliyi barədə xəbərdarlıqlar olunub.
Gələn ayın 1-də növbəti çimərlik mövsümünə start veriləcək.Mingəçevirdə su anbarının çimərlik ərazilərində Gigiyena və epidemiologiya mərkəzinin əməkdaşları yoxlamalar aparıb.

Şəhər kommunal təsərrüfatı istehsalat birliyinin balansında olan çimərlikdə natəmizlik və səliqəsizlik müəyyən olunub.

Gigiyena və epidemiologiya mərkəzi tərəfindən mövsümün başlanmasına az müddət qalmış çimərliyin qoyulmuş normalara cavab verməsi üçün müraciət edilib.

Suyun tərkibinin yoxlanılması üçün analizlər aparılıb və normalara uygun olduğu müəyyənləşib.

Gigiyena və epidemiologiya mərkəzinin direktoru Əbil Ağayev bildirib ki,çimərliyin vaxtında tam hazır olması üçün nəzarətdə saxlanılacaq. (xəzərxəbər)




Teqlər:  





Xəbər lenti