Çanaqqala mərasimindən CANLI YAYIM ( FOTOLAR)

Çanaqqala mərasimindən CANLI YAYIM ( FOTOLAR)
  24 Aprel 2015    Oxunub:4524
Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı tədbirlər davam edir.

TÜrkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fəxri qaravul dəstəsinin müşayiəti ilə Çanaqqala şəhidlərinin abidəsi önünə kil qoyub. Daha sonra isə Türkiyə himni oxunub. Hazırda şəhidlərin xatirəsinə Quran-i Kərim oxunur.

* * * * *

Protokola uyğun olaraq Səddülbahir məscidində cümə namazı qılınıb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 70 ölkədən olan dövlət və hökumət başçıları, eləcə də yüksək çinli dövlət məmurları Çanaqqala anım mərasiminin keçiriləcəyi yerə yola düşüblər.

Türkiyə himni səsləndikdən sonra prezident Ərdoğan və İngiltərə taxt-tacının vəli-əhdi Şahzadə Çarlz çıxış edəcək.

* * * * *
AzVision.az xəbər verir ki, Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirdə 17 ölkə başçısı, 3 prezident köməkçisi, 5 nazir, 1 sabiq prezident, 28 nazir, 6 beynəlxalq təşkilatın baş katibi və 90-a yaxın ölkədən yüksək vəzifəli məmur iştirak edəcək.

Qeyd edək ki, xüsusi olaraq bu gün üçün Atatürkün məzarını qoruyan əsgərlər 1915-ci ildə döyüşən sələflərinin hərbi geyimində olacaqlar.






















Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti