Cənub bölgəsi yenə sürüşdü

Cənub bölgəsi yenə sürüşdü
  14 Fevral 2016    Oxunub:1922
Yanvar ayında bölgəyə yağan intensiv yağıntı Lənkəran-Lerik şosesində yenidən torpaq sürüşmələrinə səbəb olub.
Ən gərgin vəziyyət yolun 27-ci kilometrliyində qeydə alınıb. Belə ki, torpaq sürüşməsi əhatə dairəsini genişləndirməklə şose yolun asfalt qatını bürüyüb.

25 saylı Lerik Rayon Yol İstismar Sahəsinin baş mühəndisi Ziyafət İsmayılov bildirib ki, Lənkəran-Lerik şosesində sürüşmə sahəsində daha çox aktivlik yolun 17-29 və 46-53-cü kilometrliklərində müşahidə olunmaqdadır: ”Biz sürüşmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görürük, su kanalları təmizlənir, su axarları yol yatağından kənarlaşdırılır. Yolda genişlənmə və bərkitmə işləri görülməlidir, istinad divarları tikilməlidir”.

Hazırda bölgədə sabit hava şəraiti hökm sürdüyündən Lənkəran-Lerik şosesində nəqliyyatın hərəkətində hər hansı çətinlik müşahidə olunmur.


Teqlər:  





Xəbər lenti