Cen Psakinin növbəti biabırçı səhvi- VİDEO

Cen Psakinin növbəti biabırçı səhvi- VİDEO
  18 Dekabr 2014    Oxunub:1844
Dövlət Departamentinin mətbuat katibi dediklərini inkar etdi
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun imzalayıb.

ANS TV-nin məlumatına görə, Rusiyanin “Russia Today” telekanalında bildirlib ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə məlumat verib.

“Həmin qanun Ukraynaya silah satışını da özündə ehtiva edirmi?” sualına cavabında Cen Psaki bildirib ki, qanun bu imkanı verir və bu varianta yol verir.

Maraqli məqamsa odur ki, Cen Psakinin brifinqindən sonra ABŞ Dövlət Departamenti öz mətbuat katibinin səhvə yol verdiyini və Obamanin sözügedən qanunu hələ imzalamadığını bəyan edib.




Teqlər:  





Xəbər lenti