Cəlilabadda 4 otaqlı ev yanıb

Cəlilabadda 4 otaqlı ev yanıb
  22 Oktyabr 2016    Oxunub:1130
Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Muğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin bir otağının aynabəndinin və dəhlizinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti