Ceki Çan oğluna görə üzr istədi

Ceki Çan oğluna görə üzr istədi
  21 Avqust 2014    Oxunub:2038
Məşhur aktyor Ceki Çan Çində narkotiklərin saxlanılması maddəsi ilə ittiham olunan oğlu Ceysiyə görə, üzr istəyib.
Bu barədə AzVision.az “CNN” telekanlına istinadən xəbər verir.

Oğlunun həbs olunması ilə bağlı “Weibo” sosial şəbəkəsində Ceki Çanın videomüraciəti yayımlanıb: “Mən öz oğlumu öyrədə bilmədim və məsuliyyəti öz üzərimə götürürəm. Ceysi və mən ictimaiyyətdən üzr istəyirik”.

Qeyd edək ki, 32 yaşlı Ceysi Çan bir neçə gün öncə öz dostu – məşhur tayvanlı kinoaktyor Ke Çjendunla birgə Pekində saxlanılıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti