Cəfər Cabbarlının qızından prezidentə MƏKTUB

Cəfər Cabbarlının qızından prezidentə MƏKTUB
  27 İyul 2014    Oxunub:1206
Görkəmli yazıçı, dramaturq Cəfər Cabbarlının qızı, Cəfər Cabbarlı ev-muzeyinin direktoru Gülarə Cabbarlı prezident İlham Əliyevə məktub yazıb.
AzVision.az həmin məktubu oxuculara təqdim edir:

`Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə son illərdə Azərbaycanda gedən sürətli inkişaf, cəmiyyətin müxtəlif sahələrində, o cümlədən mədəni həyatında əldə olunan yüksək nailiyyətlər Azərbaycan vətəndaşı kimi mənim də ürəyimi qürurla doldurur. Görülən nəhəng işlər sırasında regionlarda aparılan geniş quruculuq və abadlıq işləri bölgələrin simasını daha da gözəlləşdirir, ölkəmizin kompleks inkişafını təmin edir.

Ata yurdum Xızıya səfəriniz bütün Xızı camaatı kimi məni də hədsiz sevindirdi. Xızıya hər gəlişinizdə heyrətimizi gizlədə bilmirik. Cəfər Cabbarlının “Firuzə” hekayəsində deyildiyi kimi: “İqtisadiyyatda inqilab, həyatda inqilab, məişətdə inqilab, insan şüurunda inqilab...” baş verdiyinin şahidi oluruq. Sizin göstərişinizlə Xızıda Azərbaycan dramaturgiyasının klassiki, görkəmli yazıçı, ictimai xadim, tanınmış teatr və kino xadimi Cəfər Cabbarlının adını daşıyan parkın yenidən qurulması ədibin xatirəsinə, ümumiyyətlə, mədəniyyət xadimlərimizin xatirəsinə olan ehtiramınızı nümayiş etdirir.

Möhtərəm cənab Prezident! mədəniyyətimizin inkişafı naminə gördüyünüz nəhəng işlərə görə Cəfər Cabbarlının ailəsi adından Sizə dərin təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Fürsətdən istifadə edərək qarşıdan gələn müqəddəs Ramazan bayramınızı ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, şəxsi həyatınızda yeni uğurlar arzu edirəm`.

AzVision.az


Teqlər:





Xəbər lenti