Cəbhədə yanğın başlayıb - FHN hadisə yerində

Cəbhədə yanğın başlayıb - FHN hadisə yerində
  27 İyul 2014    Oxunub:1006
Yanğının Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçmə təhlükəsi var.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yanğın başlayıb. AzVision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova apa-ya bildirib ki, yanğın bu gün saat 13 radələrində işğal altındakı Ağdərə rayonunun İncə çay ərazisindəki neytral zonada naməlum səbəbdən meydana gəlib.

Yanğının yaxınlıqdakı Goranboyun Yeni Hacıkənd Meşəbəyiliyinin 9 saylı dolayına keçməsinin qarşısının alınması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir


Teqlər:





Xəbər lenti