Cəbhədə vəziyyət gərgindir - Erməni təxribatı
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 103 dəfə atəş zərbəsi endirib.
AzVision.az
Teqlər: