Cəbhədə güclü atışma olub

Cəbhədə güclü atışma olub
  01 Mart 2015    Oxunub:2234
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 62 dəfə pozub.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Göranboy, Ağdam, Tərtər, Xocavənd, Füzuli, Cəbrayil, Qazax rayonlarında yerləşən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, ötən gün Ermənistan tərəfi atəşkəsin pozulması nəticəsində itkilər verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti