Cavid Qurbanov 30 yeni sərnişin vaqonu alır

Cavid Qurbanov 30 yeni sərnişin vaqonu alır
  11 Fevral 2016    Oxunub:3103
“Bakı-Tbilisi-Qars dəmir yolu üçün bu ilin yayında Azərbaycana Stadler Rail Group şirkətinin yataq tipli ilk on sərnişin vaqonu gətiriləcək”.
Bunu AzVision.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

O, bildirib ki, Stadler Rail Group şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin müqaviləsi var və həmin şirkətlə müqaviləyə əsasən, 30 yataq tipli sərnişin vaqonu istehsal olunacaq.

“Bu vaqonların istehsalına ötən ilin sentyabrından başlanılıb. İşlər uğurla aparılır və 10 vaqondan ibarət ilk partiya bu ilin iyul-avqust aylarında Bakıya gətiriləcək”.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunda gedən təmir işlərinin bu ilin sonuna kimi başa çatacağı gözlənilir.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti