Cavad xanın kötücəsi Avstraliyada ərə gedib- FOTO

Cavad xanın kötücəsi Avstraliyada ərə gedib- FOTO
  26 Mart 2015    Oxunub:4562
Avstraliyadakı azərbaycanlılar Novruz bayramını toy şənliyi ilə birgə qeyd ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Avstraliyada yaşayan azərbaycanlılar Novruz bayramını Sidney şəhərində qeyd ediblər. Bayram gecəsinin Gəncə xanı Cavad xanın nəslindən olan Kazım Cavad xanın qızı Yasəmən Cavadxanlının Yunus Serinelllə toy şənliyi ilə üst-üstə düşməsi Avstraliyada yaşayan soydaşlarımız üçün ikiqat sevincli olub.

Tədbirdə Avstraliyadakı Azərbaycan və Türk diasporunun nümayəndələri iştirak edib.

Bayran gecəsində çıxış edən Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov qonaqları Novruz bayramı münasibətilə təbrik edərək Azərbaycanın tarixi barədə məlumat verib. İ.Qasımov xüsusilə Cavad xan, onun Azərbaycan tarixində rolu barədə danışıb.

Daha sonra bayram və toy şənliyi Azərbaycan milli musiqisi, adət-ənənəsinə uyğun olaraq davam edib.

Qeyd edək ki, Malayziyanın tanınmış neyrocərrahı Kazım Cavadxanlı Azərbaycan sərkərdəsi və Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın kötükcəsidir. Gəncə xanlığının çar Rusiyası tərəfindən işğalından sonra Cavad xanın nəslinin sağ qalmış nümayəndələri Təbrizə köçüblər. Kazım Cavadxanlı 1947-ci ildə Təbrizdə anadan olub, 1976-82-ci illərdə Belçikada neyrocərrahiyyə üzrə təhsil alıb. 1982-ci ildən Malayziyaya köçən soydaşımız paytaxt Kuala-Lumpurdakı Malaziya Milli Universitetin tibb fakültəsində neyrocərrahiyyə üzrə mühazirələr oxuyub, bu ölkədə ilk neyrocərrahiyyə əməliyyatını aparıb. O, hazırda Malayziyanın Penanq ştatında neyrocərrahiyyə sahəsində mütəxəssis kimi fəaliyyətini davam etdirir. Kazım Cavadxanlının iki oğlu və bir qızı var. Övladlarından ikisi – qızı və bir oğlu Avstraliyada yaşayır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti