Caniyevin qətli ilə bağlı 2 nəfər tutuldu- `Quli` də dindiriləcək

Caniyevin qətli ilə bağlı 2 nəfər tutuldu- `Quli` də dindiriləcək
  25 Avqust 2016    Oxunub:24999
İstanbulda öldürülən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin (Canıyev) qətli üzrə aparılan istintaq zamanı iki nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, R. Lənkəranskinin güllələndiyi avtomobili idarə edən iş adamı Tahir C. şahid qismində polisə çağırılıb. O, dindirilmədən sonra həbs edilib.
Ərazidə olan müşahidə kamerlarına baxış zamanı məlum olub ki, R. Lənkəranski oteldə Tahir C. ilə görüşüb. Həmin “sxodka”da Lənkəranskinin yaxın adamları olan azərbaycanlı Hacıbaba T., A.N. və Z.İ. də iştirak ediblər. Onlar da şahid qismində polisə dəvət olunub.

Ancaq dindirilmə vaxtı 3 şübhəlidən Hacıbaba T-nın ("Hacı Beyləqanski") axtarışda olduğu müəyən edilib. Onun 2013-cü il avqustun 18-də İstanbulda öldürülən azərbaycanlı iş adamı Əli Həmidovun qətlində iştirak etdiyi məlum olub. Beləliklə, o da saxlanılıb. Hacıbaba T.-nin həmçinin Rusiyada törədilən 5 qətl hadisəsinin iştirakçısı olası da müəyyən edilib. Ə. Həmidovun qətlinin sifarişinin Lənkəranskinin verdiyi bildirilir.

Lənkəranskinin qətlində daha əvvəl şübhəli şəxs kimi saxlanılan və kriminal aləmin üzvü olduqları bildirilən Laşa Ş, Yuri P, Vasili H. və Nadir S. adlı şəxslərlə bağlı araşdırmalar davam etdirilir.

Söhbət Lişa Şuşanaşvili (Laşa Rustavskiy), Yuriy Piçuqina (Piçuqa), Vasiliy Xristoforov ( Vasya Voskres) və Nadir Səlifovdan (Lotu Quli) gedir.

Qeyd edək ki, Laşa Şuşanaşvili azadlıqda olan ən “böyük kalibrli” qanqster hesab olunur. Danışıqda əldə olunan razılşamaya əsasən əgər Şakro azadlığa çıxmasa, onun yerinə Şuşanaşvili keçəcək.

Məlumdur ki, Piçuqa və Voskres Laşanın üzərində dayanıblar. Bundan əlavə Oniani, Merab və Rövşən Laşanın qatı düşmənidir. Eyni zamanda məlumdur ki, müzakirələrdə Rövşənin 1 nömrəli düşməni, hazırda Azərbaycanda məhkum edilən Lotu Quli də iştirak edib. Məhz bu müzakirələrdən sonra Rövşəni “aradan götürmək” üçün tərəflər axtarıldı və kürdlər bunun üçün tam yararlı hesab edilib. Və əldə olunan razılaşma yerinə yetirilib. Nəticədə Lənkəranski restorandan çıxan zaman güllələnib.

AzVision.az


Teqlər:  





Xəbər lenti