Can Dündara 5 il 10 ay həbs verildi

Can Dündara 5 il 10 ay həbs verildi
  07 May 2016    Oxunub:1640
Türkiyə məhkəməsi `Cümhuriyyet` qəzetinin baş redaktoru Can Dündarı dövlət sirrinin yayılmasında günahkar bilərək onun 5 il 10 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
AzVision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, Dündarın həmkarı Erdem Gül isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalistlər dövlətə xəyanətdə, casusluqda və dövlət orqanlarına böhtan atmaqda, həmçinin yanlış məlumat yaymaqda ittiham ediliblər.

Hər iki şəxs Ali Məhkəmənin qərarına qədər sərbəst qalacaq.

Qeyd edək ki, onlara qarşı məhkəmə iddiasını ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti