Cahangir Hacıyevə 17 il həbs istənildi

Cahangir Hacıyevə 17 il həbs  istənildi
  27 Sentyabr 2016    Oxunub:1698
Bu gün “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə davam edib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Fərid Nağıyev C.Hacıyevə cəza istəyib.

Prokuror çıxışında məhkəmədən Cahangir Hacıyev 17 il, İlqar Abdullayev 8 il, Yusif Ələkbərov 11 il, İbrahim Hüseynov 11 il, Anar Sultanov 11 il, Məmməd Cahangirov 8 il,Kənan Orucov 7 il 6 ay, Azad Cavadov 12 il 11 ay cəza verilməsini istəyib.

Prokuror eləcə də təqsirləndirilən şəxslərin hər birinin 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər tutmaqdan məhrum edilməsini istəyib.

Beynəlxalq Bankın nümayəndəsi banka dəyən 211 milyon ziyanın tam ödənilməsini istəyib. Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib. Proses oktyabrın 4-də davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti