Bulvarda "Wi-Fi" olacaq, yoxsa yox?

Bulvarda "Wi-Fi" olacaq, yoxsa yox?
  25 Noyabr 2014    Oxunub:2052
Bakı Bulvarı simsiz Wi-Fi şəbəkəsi ilə əhatə olunacaq.
Bu barədə Azvision.az-a Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov açıqlama verib.O, bildirib ki, bununla əlaqədar müvafiq dövlət qurumları arasında danışıqlar gedir:

“Wi-Fi şəbəkəsi bulvar ərazisində olan bütün obyektlərdə var. Obyektlərdən kənarda isə Wi-Fi şəbəkəsinin quraşdırılması ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi arasında danışıqlar gedir. Bulvar ərazisinin tam Wi-Fi şəbəkəsi ilə təmin olunması istiqamətində hazırda işlər görülür. Həmin Nazirliklər bununla əlaqədar bizə də müraciət ediblər”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti