Büdcədən ayrılan 3,5 milyard hara xərclənib?

Büdcədən ayrılan 3,5 milyard hara xərclənib?
  18 Sentyabr 2014    Oxunub:2149
Cari ilin yanvar–avqust aylarında ölkənin tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı, bir sıra istehsal və qeyri-istehsal obyektlərinin tikintisi yekunlaşdırılıb.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, səkkiz ay ərzində 1 milyon 145,5 min kvadratmetr yaşayış sahəsi, 5 min 680 şagird yerlik məktəb binaları, 892 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, növbədə 90 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, Bakı şəhərində “Norm sement” zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası istifadəyə verilib.

Bundan əlavə, Suraxanı Günəş Elektrik Stansiyası, sağlamlıq mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, su anbarı və sutəmizləyici qurğular kompleksi, gənclər mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, yağ fabriki, mis emalı zavodu, Gəncə şəhərində metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodlarının tikintisi başa çatdırılıb. Həmçinin Şirvan şəhərində Kür çayı üzərində körpü, Ağdaş rayonunda yem və meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Beyləqan rayonunda şahmat məktəbi, şəhər stadionu, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərarası avtomobil yolu, Füzuli rayonunda tikiş fabriki, Əhmədalılar - Mollaməhərrəmli – Arayatlı - Babı kəndlərarası avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, gənclər mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Lənkəran rayonunda çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və digər obyektlər də istifadəyə verilib.

Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5 milyard 463,7 milyon manat vəsaitin 3 milyard 544,6 milyon manatından istifadə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti