Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu yolda hərəkət məhdudlaşdırılacaq
  23 Avqust 2014    Oxunub:1320
Sabah gecə saatlarında Bakının yollarından birində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin APA-ya verdiyi məlumata görə, avqustun 24-dən 25-nə keçən gecə saat 00.00-dan Bakı Dairəvi avtomobil yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən Sədərək dairəsinə, yəni yolun 8-ci km hissəsinə qədər hərəkət tamamilə məhdudlaşdırılacaq.

Onun sözlərinə görə, avtomobillərin hərəkətinə məhdudiyyətlərin qoyulmasına səbəb yolda asfalt-beton örtüyünün aşınma qatının yenilənməsidir: “Sürücülər alternativ olaraq Xocahəsən-Lökbatan yolu ilə Bakı Dairəvi avtomobil yolunun 8-ci kilometrinə çıxmaqla, oradan istər Astara, istərsə də Qazax istiqamətində normal hərəkət edə bilərlər”.


Teqlər:





Xəbər lenti