Bu uşaq getdikcə ağaca çevrilir - FOTO

Bu uşaq getdikcə ağaca çevrilir - FOTO
  24 Avqust 2016    Oxunub:21573
Acı və əzab dolu nəzərlərlə baxan bu oğlan Ripon Sarkerdir. Banqladeşdə yaşayır. Dünyada çox nadir rast gəlinən, xalq arasında "ağac xəstəliyi" kimi tanınan "epidermodisplazya verruciformis" sindromuna mübtəladır.

AzVision.az milli.az-a istinadən bildirir ki, 7 yaşlı Riponun ağrıları gün keçdikcə artır. Anasının dediyinə görə, "oğlu gözgörəsi ağaca dönür".

Əllərindək və ayaqlarında dəri ilə əzələlərin çürüyərək laylanması, tökülməsi onun yeriməsini, təkbaşına yemək yeməsini imkansız edib. Artıq iki gündür ki, onun müalicəsi başlanıb. Həkimlərin dediklərinə görə, bundan sonrakı 12 ay ərzində Ripon ən azı 15 cərrahiyyə əməliyyatına mərruz qalmalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti