Bu şəhərlərdə yaşayanlara pul verilir - FOTOLAR

Bu şəhərlərdə yaşayanlara pul verilir - FOTOLAR
  29 İyul 2016    Oxunub:26923
Çox az insan bilir ki, yaşadığımız dünyada bu və ya digər səbəbdən sakinlərə ehtiyacı olan xeyli sayda şəhərlər var. Öz ərazisində yaşamaq və təhsil almaq üçün onlar astronomik məbləğ sayıla biləcək pul təklif edirlər.

AzVision.az “AdMe.ru”ya istinadən belə şəhərlərdən yeddisi haqda məlumatları oxuculara təqdim edir.

Detroyt, Miçiqan ştatı, ABŞ



Bir vaxtlar “Qərbi Paris”, “ABŞ-ın avtomobil paytaxtı” adlandırılan bu şəhəri ХХ əsrin ortalarından başlayaraq sakinlər tərk etməyə başlayıblar. Şəhər hazırda əvvəlki statusunu qaytarmağa çalışır. Problemi həll etmək üçün hökumət «Challenge Detroit», adlı yeni proqram tətbiq etməyə başlayıb ki, bu da şəhərdə müxtəlif sahələrdə professional işçilərə ayda 2,5 min dollar verilməsini nəzərdə tutur.

Alyaska ştatı, ABŞ



Əgər siz qış mənzərələrini sevirsinizsə, aşağı temperaturda özünüzü rahat hiss edirsinizsə, onda Alyaskada yaşamaq sizin üçün unudulmaz həzz ola bilər. ABŞ-dan xüsusi olaraq dövlət proqramı var ki, şimal regionun həyatında professional şəkildə iştirak edənlərə ödəniş edir. Yeganə tələb olunan şərt Alyaskada bir il qalmaqdır.

Saskaçevan vilayəti, Kanada



Bu Kanada vilayəti yeni məzun olan şəxslərə (2010-cu ildən yuxarı) yaxşı təklif verir. Belə ki, sonrakı həyatı və karyerası barədə aydın təsəvvürə malik olmayan gənclərə yeddi il ərzində şəhərdə yaşamaları və işləmələri üçün 20 min dollar ödənilir.

Niaqara şəlaləsi, Nyu-York ştatı, ABŞ



Qeyri-real səslənə biləcək daha bir təklif – dünyanın ən gözəl və həyəcanverici yerlərindən birində yaşamaq və pul qazanmaq. Hökumət iki il ərzində şəlalə yaxınlığında yerləşən yerli müəssisələrdə işləmələri üçün universitet məzunlarına 7 min dollar ödəyir.

Ponqa, Asturiya, İspaniya



Ponqa İspaniyanın şimal-şərqində, qoruq ərazində yerləşən kənddir. Gənc insanları cəlb etmək və yerli iqtisadiyyatı dirçəltmək üçün hökumət bu kəndə köçən hər ailəyə üç min avro təklif edir. Bundan əlavə ailədə doğulan hər bir körpə üçün də üç min avronun ödənilməsi nəzərdə tutulub. Ekoloji cəhətdən təmiz və gözəl ərazidə yaşamaq istəyənlər üçün bu kənd olduqca sərfəlidir.

Utrext, Hollandiya



Hollandiya humanitar alimlər və sosial eksperimentlərlə olduqca zəngin ölkədir. Onlardan biri belədir: Hər bir şəhər sakininə 1000 dollar versək, bu onların həyatına necə təsir edər?. Belə bir eksperiment.

Kertis, Nebraska ştatı, ABŞ



Bu balaca ABŞ şəhəri yerli infrastruktur və mədəniyyətin inkişafına töhfə verəcək yaxşı ideya müqabilində ev tikintisi üçün torpaq sahəsi verir.

Hazırladı: Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti