Bu ölkədə bircə insan var ki, ona salam vermərəm! - Elşən Musayev

Bu ölkədə bircə insan var ki, ona salam vermərəm! - Elşən Musayev
  20 Dekabr 2014    Oxunub:8603
Elşən Musayev

O gün dostlarla bulvarda çay içirdik. Bu dəm orta yaşlı müxalifətçilərdən biri yanımızdan keçdi. Yetərincə də tanınmış. Masadakı “uşaq”lardan biri ilə münasibəti varmış. Dəvət elədik. Oturdu. Bir xeyli söhbətimiz də oldu. Axırda da qayıtdı ki, sizin mediadakı aqressiyanızdan həyatda əsər - əlamət yoxdur. Çox səmimi insansız....
Ayrıldığımızda isə çox mehribancasına görüşdü. Sağollaşdı və getdi.

* * *


Əzizlərim. Dəyərli siyasət mənsubları. Məni sevən və sevməyən insanlar!
Bir şeyi dəqiq bilin!

Mənim kiminləsə şəxsi ədavətim yoxdur. Olmadı. Ola bilməz!

Mən küçədə, harın ailədə, səviyyəsiz mühitdə deyil, evimdə, ziyalı çevrəsində, səviyyəli insanların içində böyümüşəm. Ailə tərbiyəsi görmüşəm. Qarşımdakına hər nə olursa olsun, hər kim olursa olsun – hörmətlə yanaşmağı öyrənmişəm!

Mənim atam Universitet rektoru olanda mənə maşın almayıb, nazir, icra hakimi ya da hansısa yüksək ranqlı məmur övladları ilə oturub-durmağı yasaqlayıb. Yolumu azmayım deyə! (hərçənd bu ölkədə hamıya örnək olacaq nazir balaları var. Yəni hamı avtoşluq eləmir, hamı ofisant söymür, hamı 10 min manata model-fahişə ya da qeyri-adi heyvan əti sifariş vermir) Metroda, avtobusda gəzmişəm. 30-ca manatlıq həftəlik büdcəm olub. Yəni hətta istəsəm, ürəyim çəksə belə kef, yeyib-içmək məclislərinə qoşula bilməmişəm!

Mən həyatımda heç vaxt çox pulu bir arada görməmişəm. Çox şükür ki, görməmişəm. Görmək də istəmirəm. Ailəmə, övladıma bəs edəcək qədərindən artığını istəmirəm. Haram pulu isə heç istəmirəm!

Ömrümdə bir qəpik kimdənsə rüşvət almamışam. And olsun o bir balamın canına ki, almamışam!

Bəzən yekə-yekə müsahibələr, açıqlamalar verərkən real həyatım beyinlərdə başqa cür təsvir yaradıb. Bilirəm. İnsanlar düşünüb ki, adam iqtidarı bu formada ürəklə müdafiə edirsə, Allah bilir nələri var. Amma yox! Əsla. İnanın səmimiyyətimə. O yazıların əksəriyyəti kirayə qaldığım evlərdə, sınıq - salxaq “nootbuk”larda yazılıb...Ən pis günümdə, ən pis anımda yazılıb!

* * *

Odur ki, müxalifətçi həmkarlarım!

Harda qarşıma çıxsanız, mənimlə rahat görüşə bilərsiz. Utanmadan. Mənə nifrət etmədən. Məni siyasi obraz olaraq beyinlərdə çək-çevir etmədən! Çözmədən!
Mən iqtidarı ən yüksək formada müdafiə, müxalifəti isə ən sərt formada tənqid edə bilərəm. Fəqət...bu söylədiyim fakt - insanlıq anlayışına, insani münasibətlərə əsla və əsla sirayət edə bilməz!

Hə, mən razı... tam əks qütbdə duranlarla dostluğum da alınmaz. Çünki, təfəkkür, inam, etiqad fərqi var. Amma bir daha təkrar edirəm! – kimsə mənim düşmənim deyil. Rəqibimdir, fəqət düşmənim deyil!

2000-dən siyasətdəyəm. Düz 14 il. Hamını və hər şeyi görmüşəm. Ən təfsilatlı formada. Məsələn, adam görmüşəm ki, müxalifət adı ilə debata qatılıb, ən sərt formada iqtidarı tənqid edib, amma axırda kamera sönən kimi qucaqlayıb öpüb bizi... Hətta saunaya dəvət edib. Rus qızları ilə bərabər.

Adam tanıyıram ki, adı iqtidar təəssübkeşi, fədaisi olub, amma daldada bir müxalifətçinin qucağından durub, o birininkinə oturub...

Adam tanıyıram ki, mən bu iqtidarı canı-dildən müdafiə edərkən evimizə zəng edib, yaşlı anamı qorxudub. Deyib, Elşəni məhv edəcəklər. Bu iqtidar onsuzda gedir. Övladınızı oda atmayın. Amma indi....İndi həmin adam ən yüksək ranqlı məmurlardan biridir.

Adam tanıyıram ki....əslində adam deməyə dilim gəlmir....!

* * *

Mən İlham Əliyevin yanındayam. İqtidar adamıyam. Hakimiyyət tərəfdəyəm. Getdiyim yolun düzünə də səhvinə də cavabdehəm. Nə olursa olsun, nə olacaqsa olsun. Fərq etməz!

Müxalif cəbhədə hətta ömrüm boyu üzərinə getdiyim inanları belə özümə düşmən hesab etmirəm. Məsələn, İsa Qəmbəri. Uğursuzdur, cəsarətsizdir, dişsizdir, ürəksizdir, hər nədir. Amma əxlaqsız deyil. Vətən xaini deyil. Ayrıca, Müsavat yeganə partiyadır ki, orada zaman-zaman səviyyəli insanlar olub, yetişib, qarşımıza çıxıb, bizimlə mübarizə aparıb. İndi əksəriyyəti pərən-pərən düşsə də.

* * *

Və ...nəhayət! Haqqında danışmaq istədiyim son insan: Əli Kərimli... AXCP sədri!

Siyasət meydanında tək adamdır ki - o mənim düşmənimdir! Tək insandır ki, onunla əsla əl verib görüşmərəm, bir masada oturmaram! Tək insandır ki, MƏHZ əxlaqsızdır, vətən xainidir!

O, liderini satıb, o bütün ürəkli insanlara tüpürüb, o özünü hər zaman “buraxıb”!

O, illərdir bu dövləti, bu məmləkəti Avropanın, Qərbin ovcuna peşkəş etmək üçün vuruşur, çalışır, mübarizə aparır....Amma YEMƏYƏCƏK! YEDİRDƏ BİLMƏYƏCƏK!

O, bu ölkənin ən qaraguruh, ən söyüşkən, ən “basyak” təbəqəsini öz ətrafına yığıb! – Üfunət püskürür, iyrənc qoxur, zibil ətri verir!

O, hər şeyə hazıdır. Qadirdir! Yetər ki, qisas alsın. Acıq çıxsın. Mİlləti, dövləti yaman günə qoysun...

Ona deyilən heç bir söz ayıb deyil, günah deyil, qəbahət deyil. Ən azından şəxsi düşüncəm budur!

Mən bu dünyanın ən pis, ən qəddar, ən mənasız adamı ola bilərəm. Nə vaxtsa. İstisna etmirəm. Fəqət, istənilən perspektivdə yenə də Əli Kərimlidən daha üst mövqedə dayanacam, qərarlaşacam. “Axırıncı” halımla belə! – Buna da əminəm!
Niyə?
Çünki, bataqlığın, zibilliyin dibində - bu adamın ilişib qaldığı yerdən o yanası yoxdur!..

* * *

Odur ki, əzizlərim!
Yuxarıda son qeyd elədiyim ŞARLATAN –dan savayı qarşıma kim çıxsa, bilsin ki, qulluğunda canla-başla hazıram!


Teqlər:  





Xəbər lenti