Bu ölkə radiodan imtina edir

Bu ölkə radiodan imtina edir
  20 Aprel 2015    Oxunub:1535
Norveç dünyada FM yayımdan imtina edəcək ilk ölkə olacaq.
AzVision.az-ın “The Verge”yə istinadən xəbər verir ki, bu barədə Norveçin Mədəniyyət Nazirliyi xəbər yayıb.

İki il ərzində Norveç dünyada FM radiodan tamamilə imtina edən ilk ölkə olmağı planlaşdırır. Hazırda ölkədə FM diapazonunda fəaliyyət göstərən 5 radiostansiya var. Norveçli mütəxəssislərin fikrincə, internet-yayıma keçməklə ölkə 25 milyon dollar qənaət edəcək.

“Ölkənin yarısı artıq radionu yalnız internet vasitəsilə dinləyir”, - deyə Norveçin mədəniyyət naziri Torhild Uidvi bəyan edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti