Bu ölkə İŞİD-lə döyüşdən imtina etdi

Bu ölkə İŞİD-lə döyüşdən imtina etdi
  09 Fevral 2016    Oxunub:3770
Kanada hökuməti silahlı qüvvələrinin İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı beynəlxalq koalisiyada iştirakına son vermək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Ottavada çıxışı zamanı Kanadanın baş naziri Castin Tryudo bildirib.

Tryudonun sözlərinə görə, Kanadanın koalisiyada missiyası fevralın 22-i başa çatıb. Bu arada Kanada İraqdakı silahlı qüvvələrin sayını artırmaq niyyətindədir.

`CBC` telekanalının məlumatına görə, hazırda İraqda 600 Kanada hərbçisi və təxminən 70 xüsusi təyinatlı var.

Castin Tryudo Kanadanın humanitar missiyalarda iştirakını davam etdirəcəyini bildirib.

Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Elə həmin il iyunun ayının sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan edib.

İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti