İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə də 2 abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
AzVision.az-ın məlumatına görə, qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də “Hədəf” kurslarının Neftçilər filialının II qrup üzrə abituriyenti Şahbaba Məmmədovdur. O, rus bölməsi üzrə imtahan verib.
Rüstəm İsmayılov
AzVision.az