Bu kəndlərə ilk dəfə təbii qaz verildi

Bu kəndlərə ilk dəfə təbii qaz verildi
  25 Noyabr 2015    Oxunub:1546
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağstafa, Qəbələ və Tovuz rayonlarının daha 8 kəndinə təbii qaz verilib.
AzVision.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 8 kənddə 1 555 abonent təbii qazla təmin olunub. Tovuz rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 80 abonentlik Qaradaş kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 11 042 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Qəbələ rayonunun dörd kəndinə ilk dəfə təbii qaz verilməsilə əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, ümumilikdə 1 163 abonenti olan Yengicə, Tüntül, Nohurqışlaq və Vəndam kəndlərinin qazlaşdırılması zamanı 154 427 metrlik polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ağstafa rayonunun Köçvəlli, Həzi Aslanov və Soyuqbulaqlar kəndlərinin yenidən qazlaşdırılması münasibətilə keçirilmiş mərasimlərdə vurğulanıb ki, 312 abonenti olan kəndlərin qazlaşdırılması zamanı ümumilikdə 25 876 metr uzunluğunda metal boru xətləri çəkilib, 312 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Teqlər:  





Xəbər lenti