Bu ilin fövqəladə hadisələrinin statistikası - 96 ölü, 250 yaralı

Bu ilin fövqəladə hadisələrinin statistikası - 96 ölü, 250 yaralı
  30 İyul 2015    Oxunub:2341
FHN 2015-ci ilin I yarısında baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) 2015-cü ilin I yarısında respublikada baş verən təbii və texnogen hadisələrin statistikasını açıqlayıb.

FHN-dən AzVision.az-a verilən məlumata görə, 2015-ci ilin 6 ayı ərzində respublika ərazisində 20 partlayış hadisəsi baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 5% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

Hesabat dövründə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq, 5488 çıxış edilib. Yanğın hadisələri zamanı 43 nəfər həlak olub, 105 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 12 nəfər və ya 39%, xəsarət alanlar üzrə 45 nəfər və ya 75% çoxdur.

2015-ci ilin ilk yarımilliyi ərzində respublika ərazisində 5581 təbii və texnogen mənşəli hadisə baş verib, bu isə da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 736 hadisə və ya 15% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 125 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 76 nəfər xilas edilib, 517 nəfər təxliyə olunub.

AzVision.az




Teqlər:  





Xəbər lenti