Bu il Azərbaycanda 92 yeni məktəb binası tikiləcək

Bu il Azərbaycanda 92 yeni məktəb binası tikiləcək
  02 Mart 2015    Oxunub:1130
Ötən il Azərbaycanda tikilən, təmir edilən və 2015-ci ildə Azərbaycanda tikiləcək və təmir ediləcək məktəblərin sayı açıqlanıb.
AzVision.az məlumatına görə, təhsil naziri Mikayıl Cabbarovun 2014-cü ildə təhsil sahəsində görülən işlərlə "Azərbaycan" qəzetində işıq üzü görən hesabat xarakterli məqaləsində qeyd edib ki, 2014-cü ildə Təhsil Nazirliyinin sifarişi ilə 3 dövlət təhsil müəssisəsi tikilib, 2 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 94 tədris ocağı isə cari təmir edilib.

2015-ci ildə isə 92 təhsil müəssisəsi üçün yeni binanın tikintisi, 64 təhsil müəssisəsinin binasının əsaslı təmir olunması və 50 təhsil müəssisəsində isə cari təmir işlərinin aparılması nəzərdə tutulub.

Təhsil naziri bildirib ki, ümumilikdə son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub: "Müqayisə üçün qeyd edək ki, ərazisinə və iqtisadi imkanlarına görə Azərbaycandan üstün olan, sürətlə inkişaf edən Qazaxıstanda isə bu dövrdə 700 məktəb inşa olunub".

AzVision.az



Teqlər:





Xəbər lenti