Bu il 200-dən çox polis cəzalandırılıb

Bu il 200-dən çox polis cəzalandırılıb
  01 Oktyabr 2014    Oxunub:1443
Son 2 ilə yaxın müddətdə əsassız saxlama, polisə əsassız gətirmə, sürücülərin hüquqlarının pozulması hallarının sayı xeyli azalıb, işgəncə vermə, döymə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları qeydə alınmayıb.
AzVision.az xəbər verir ki, bu sözləri bu gün nazirlikdə keçirilən Kollegiya iclasında çıxışı zamanı DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev deyib.

Onun sözlərinə görə, cari ilin ötən dövründə isə polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularının sayı 8,1 faiz, bununla əlaqədar cəzalandırılanların sayı 13,2 faiz azalıb. E
yni zamanda, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı aşkarlanmış 129 fakt üzrə 202 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 30 nəfər xidmətdən xaric edilib, daha 30 əməkdaş tutduğu vəzifədən azad olunub, 1 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb.


Teqlər:





Xəbər lenti