Bu gündən şəxsiyyət vəsiqəsi 5 manatadır

Bu gündən şəxsiyyət vəsiqəsi 5 manatadır
  01 Dekabr 2015    Oxunub:1722
Daxili İşlər Nazirliyi (DİN) şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumlarının məbləği barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, Azərbaycan Respublikasının Qanununda yeni dəyişikliyə əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödənilir.


Teqlər:  





Xəbər lenti