Bu gündən 1122 dərman yeni qiymətlə satılacaq

Bu gündən 1122 dərman yeni qiymətlə satılacaq
  01 Dekabr 2015    Oxunub:1463
Bu gündən başlayaraq qiymətləri təsdiqlənmiş daha 1 122 dərman vasitəsi yeni qiymətlərlə satışa çıxarılacaq.
1 258 dərman vasitəsinin qiyməti isə dekabrın 21-dən qüvvəyə minəcək.

İndiyədək Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib.

Dekabrın 21-dən etibarən isə daha 1258 dərman vasitəsinin yeni qiymətlərlə satışına başlanılacaq. Bununla da qiyməti təsdiq edilmiş 3540 dərman vasitəsi yeni qiymətlərlə satışda olacaq.

Qeyd edək ki, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 46%-nin qiyməti 2 dəfədən çox, 24%-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilikdə 95%-nin qiymətləri endirilib.

Tarif (qiymət) Şuranın müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları" və "Dərman vasitələri" bölmələrində yerləşdirilib.

Qeyd edək ki, Tarif Şurası bu günə qədər dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsini nəzərə alaraq 3 540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixini təsdiq etmişdi ki, bunlardan 1 160 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satılırdı.

AzVision.az


Teqlər:





Xəbər lenti