Bu gün yaz havası olacaq

Bu gün yaz havası olacaq
  27 Mart 2015    Oxunub:1357
Bu gün Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq.

Martın 27-də Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteroloji proqnoza gəlincə, martın 27-si və 28-də Abşeron yarımadasında mülayim yaz havası komfort temperatur şəraiti əhaliyə xoş təsir bağışlayacaq.

AzVision.az



Teqlər:  





Xəbər lenti