Bu gün yağış yağacaq

Bu gün yağış yağacaq
  23 Aprel 2014    Oxunub:1027
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 23-də gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti