Bu gün qar yağacaq

Bu gün qar yağacaq
  25 Oktyabr 2014    Oxunub:2011
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Axşama doğru şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-13, gündüz 16-21, axşama doğru isə 8-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və axşam 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin şimal və şərq rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Həmçinin dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti