Bu gün onların bayramıdır - Fotolar

Bu gün onların bayramıdır - Fotolar
  23 Avqust 2016    Oxunub:3665
Avqustun 23-ü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının peşə bayramı günüdür.
Bu münasibətlə Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri və əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Peşə bayramı münasibətilə təşkil edilən mərasimdə çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov şəxsi heyəti təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edək ki, Prezident İlham Əliyev 2008-ci il avqustun 23-nü Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb. Əsas vəzifələri Azərbaycan Prezidentinin, digər dövlət mühafizəsi obyektlərinin, həmçinin respublikamızda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən dövrdə şərəfli yol keçib.

Dövlətimizin başçısı xidmətin fəaliyyətini təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Prezident İlham Əliyev peşə bayramı münasibətilə Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbçi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti