Bu gün metro gecə 1-ə kimi işləyəcək

Bu gün metro gecə 1-ə kimi işləyəcək
  26 Noyabr 2015    Oxunub:2334
“Bakı Metropoliteni cümə axşamı gecə saat 01:00-a qədər işləyəcək”.
Bunu AzVision.az -a açıqlamasında “Bakı Metropoliten”i QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Qurum rəsmisi bildirib ki, “Qarabağ” klubu bununla bağlı quruma müraciət edib:

“Metropoliten rəhbərliyi klubun bu müraciətini müsbət cavablayıb. Qərara aldıq ki, azarkeşlərin evlərinə getmələrini təmin etmək üçün 1 saat artıq işləyək. Çalışacağıq ki, bütün azarkeşlər metrodan istifadə edə bilsin”. N.Paşayev qeyd edib ki, ehtiyac olacağı təqdirdə bu müddətin daha da uzadıla bilər.

Qeyd edək ki, noyabrın 26-sı saat 22:00-da "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Totenhem" klubu ilə qarşılaşacaq.


Teqlər:  





Xəbər lenti