Bu gün hava yağmursuz olacaq

Bu gün hava yağmursuz olacaq
  01 Fevral 2015    Oxunub:1167
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, olacaq, arabir tutulacaq, gün ərzində yağmursuz olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.



Teqlər:





Xəbər lenti