Bu gün də dözün, istiliyin verilməsi sabaha qaldı
AzVision.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev Trend-ə bildirib ki, qazanxanalara qazın verilişi sabahdan etibarən tam bərpa ediləcək: “Azəristiliktəchizat” borcunu tam ödəməsə də, razılığa gəldik ki, qazın verilişini bərpa etmək lazımdır. Bu günədək borcu az olan qazanxanaları qazla təmin edirdik, lakin sabahdan etibarən qazın verilişini tam bərpa edəcəyik".