Bu gün Dilqəm Əsgərovun doğum günüdür

Bu gün Dilqəm Əsgərovun doğum günüdür
  30 Sentyabr 2014    Oxunub:3434
Bu gün ermənilərin Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərovun doğum günüdür.
AzVision.az xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində keçmiş döyüşçü, Kəlbəcər girovlarının yaxın dostu Səbuhi Rəhimli bildirib. O qeyd edib ki, Dilgəmin bu gün 54 yaşı tamam olur:

`Sentyabrın 30-u Vətənimizin böyük oğlu, igid və cəsur dostum Dilqəm Əsgərovun 54 yaşı tamam olur. O, həyatında ilk dəfə olaraq ad gününü türmədə, özü də İrəvan türməsində, MTN təcridxanasında "qeyd" edəcək. Bəlkə də ayın tarixini də bilmir, məncə heç doğum günü olduğunu belə xatırlamır. O, orada qaldıqca ürəyimiz parçalanır, iztirabımız artır... Nəisə...
Allah qapını açsın, qardaş! Onlarla qurbanlıq qoç yolunu gözləyir. 55 illiyini vətənində qeyd etmək üçün gecə-gündüz duaçıyıq`.

Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. Onun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.


Teqlər:





Xəbər lenti