Bu gün 40 dərəcə isti olacaq

Bu gün 40 dərəcə isti olacaq
  23 Avqust 2016    Oxunub:1456
Bu gün Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, şimal küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı proqnozlaşdırılır. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz 25-35 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 35-40 dərəcə, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti